AMEA-nın Təcrübə-Sənaye Zavodunda yenidənqurma işləri aparılıb
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə AMEA-nın Təcrübə-Sənaye Zavodunda aparılan yenidənqurma işləri ilə tanış olub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, akademik A.Əlizadəyə zavodun ərazisində müalicəvi və təbii ağ naftalan yağının alınması qurğusu, onun istehsal gücü və əhəmiyyəti barədə məlumat verilib. Qeyd edilib ki, iki ay müddətində qurğunun tam istifadəyə verilməsi nəzərdə tutulub.
Sonra akademik A.Əlizadə yerli xammal bazasına əsaslanan və müasir tələblərə cavab verən plastik sürtkü materiallarının istehsalı qurğusunun açılışında iştirak edib. Rəmzi lent kəsildikdən sonra qurğu işə salınıb.
Tədbirdə Təcrübə-Sənaye Zavodunun ərazisində, həmçinin sexlərdə aparılmış təmir-tikinti və yenidənqurma işləri nəticəsində “Solidol”, “Litol 24” və “Floran YP-2” də daxil olmaqla səkkiz adda plastik sürtkü materialının, ümumilikdə isə 25 adda məhsulun istehsalına başlandığı barədə məlumat verilib.
AMEA-nııın rəhbəri zavodda “Bitum adgeziya qatqısı”nın alınması prosesi ilə də tanış olub. Bildirilib ki, asfalt-beton örtüklərinin keyfiyyətinin yaxşılaşdırılması və uzunömürlülüyünün artırılması məqsədi ilə istifadə olunacaq qatqının aidiyyəti zavodlarda birbaşa istehsalata tətbiqi mümkündür.
Stendlərdə nümayiş olunan məhsullar haqqında danışan akademik bu məhsulların elmimiz üçün ciddi uğurlar olduğunu vurğulayıb.
Görülən işləri yüksək qiymətləndirən A.Əlizadə tapşırıq və tövsiyələrini verib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47