Əli Əhmədov UNICEF-in regional direktoru ilə görüşüb
Nazirlər Kabinetinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səmimi qəbula görə təşəkkürünü bildirən xanım Mari-Piyer Puarye UNICEF-lə Azərbaycan hökuməti arasında uzun illər davam edən faydalı əməkdaşlıqdan razılığını ifadə edib. Bütün sahələrdə sürətlə inkişaf edən respublikamızda uşaq hüquqlarının təmini istiqamətində də hökümətin səylərinin beynəlxalq müstəvidə yüksək qiymətləndirildiyini nəzərə çatdıran qonaq böyük potensiala malik ölkəmizlə gələcək əməkdaşlığın daha da səmərəli olacağına əminliyini bildirib.
Ə.Əhmədov UNICEF-in ötən illər ərzində ölkəmizdəki fəaliyyətinin, o cümlədən Azərbaycan hökumətinin səhiyyə sisteminin təkmilləşdirilməsi və səhiyyə islahatının həyata keçirilməsi işində bu mötəbər qurumun da dəstəyinin təqdirəlayiq olduğunu qeyd edib. Baş nazirin müavini xüsusən birgə əməkdaşlıq nəticəsində uşaqların sağlamlığının mühafizəsi, ana və uşaqlar üçün xidmətlərin təkmilləşdirilməsi və şəraitin yaxşılaşdırılması, həmçinin uşaqlarda əlilliyin erkən aşkar edilərək profilaktikası istiqamətində müsbət nəticələrə nail olunduğunu vurğulayıb.
Qəbul zamanı 2016-2020-ci illər üçün UNICEF tərəfindən hazırlanan əməkdaşlıq üzrə yeni proqramın prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47