TUMİB xaçmazlı gəncləri zərərli vərdişlərdən çəkinməyə çağırıb
Bakı, 16 mart, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq reallaşdırdığı “Sağlam həyat tərzi - gənclərin iştirakı ilə ictimai müzakirələr” adlı layihə çərçivəsində martın 16-da Xaçmaz şəhərində gənclərin iştirakı ilə konfrans keçirilib.
TUMİB-dən AZƏRTAC-a bildiriblər ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin ictimai, siyasi və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Pərviz Əmircanov tədbirdə çıxış edərək, son illər ölkəmizdə gənclərin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elman Məmmədov təmsil etdiyi qurumun gənclərin fərdi bacarıqlarını üzrə çıxarmaq məqsədilə həyata keçirdiyi layihələr barədə məlumat verib. O deyib ki, xaçmazlı gənclər rayonun ictimai-siyasi həyatında yaxından iştirak edirlər.
TUMİB-in sədri Çingiz Bayramov bildirib ki, layihənin əsas məqsədi regionlarda yaşayan gənclər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq barədə maarifləndirmə işi aparmaqdır. Azərbaycan hökuməti gənclərimizin sağlam həyat tərzini mənimsəməsi üçün müxtəlif tədbirlər həyata keçirir. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi bu siyasətin əsasını təşkil edir. Vətəndaş cəmiyyəti institutlarının vəzifəsi bu siyasəti dəstəkləmək, onun icrasına töhfə verməkdir.
TUMİB İdarə Heyətinin üzvü Seymur Verdizadə cəmiyyətin həyatında region gənclərinin rolunun artırılmasına ehtiyac olduğunu deyib.
Tədbirdə Prezident İlham Əliyevin Azərbaycan gənclərinin rifah halının və intellektual səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü işlərdən danışılıb, bu sahədə zəngin qanunvericilik bazasının yaradıldığı qeyd olunub.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47