Bakı, 16 mart, Səxavət Quliyev, AZƏRTAC
UNİCEF və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi Azərbaycanda gənclərin həyatını zənginləşdirmək üçün əməkdaşlıq edəcək.
AZƏRTAC xəbər verir ki, UNİCEF və “Bakı-2015” Avropa Oyunları bütün uşaqlar üçün idmanın gücünü artıqmaq məqsədilə martın 16-da tərəfdaşlıq müqaviləsi imzalayıb.
Müqavilə gənclər və idman naziri, “Bakı-2015”in baş icraçı direktoru Azad Rəhimov və UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Marie-Pierre Poirier tərəfindən imzalanıb.
Müqavilə gənclərə idmanın onların həyatına necə təhlükəsiz və hərtərəfli dəyər gətirdiyini əks etdirir, həmçinin oyunların sosial irsinin inkişafında onların rolunu gücləndirir.