Böyük Britaniyanın Ferquson şəhəri ətrafında yerləşən Sent Luis qəsəbəsində keçən həftə polis idarəsinin qarşısında iki zabiti güllə ilə vuran şəxs polis tərəfindən yaxalanıb.

ANS PRESS-in məlumatına görə, Sent Luisin prokuroru Robert Makkullok deyib ki, atəş açan zaman 20 yaşlı gəncin polisi hədəf seçib-seçməməsi tam aydın deyil. Həbs olunan şəxsə qarşı birinci dərəcəli hücum ittihamı irəli sürüləcək.

Hadisə şəhər rəsmilərinin irqi ayrı-seçkiliyə yol verdiyinə dair ABŞ-ın Ədliyyə Nazirliyinin keçən həftənin beşinci günü açıqladığı hesabatından sonra şəhər polis idarəsi rəisinin istefa verməsindən bir neçə saat sonra baş verib. Atışma zamanı güllənin biri polis zabitinin çiyninə, o biri isə digər hüquq-mühafizə əməkdaşının sifətinə dəyib.

Aldıqları güllə yarasından xəstəxanaya yerləşdirilən polis zabitlərinin həyatı ilə bağlı təhlükə yoxdur. Hazırda onların sağalması üçün müalicə davam etdirilir.
Mənbə
ANS PRESS