Kürdəxanıda “Su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsinin tamamlanmasına həsr olunmuş açılış mərasimi keçirilib
Bakı, 16 mart, AZƏRTAC
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və Azərsu Açıq Səhmdar Cəmiyyəti (ASC) “Abşeron yarımadasında su çatışmazlığı üzrə ümumi həll: Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsinin uğurla tamamlanmasına həsr olunmuş birgə açılış mərasimi həyata keçiriblər.
KOICA-dan AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən səhmdar cəmiyyətin sədri Qorxmaz Hüseynov layihənin respublikanın regionları və kəndlərində yerli bulaqlardan və yeraltı su mənbələrindən istifadə etməklə əhalinin təmiz su ilə təmin edilməsinə dair Dövlət proqramına tam uyğun şəkildə icra edildiyini deyib.
Qorxmaz Hüseynov layihənin icrasında KOICA-nın rolunun əhəmiyyətini vurğulayıb və yeni sistemin su təchizatı və kanalizasiya sisteminin keyfiyyətinə müsbət təsir göstərəcəyini qeyd edib.
Koreyanın ölkəmizdəki səfiri Çoi Suk-İn təmsil etdiyi dövlətin qrant ayırması hesabına həyata keçirilən bu layihənin Koreya-Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirməklə yanaşı, yerli vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə töhfə verəcəyini də diqqətə çatdırıb.
KOICA baş ofisinin vitse-prezidenti Kim In bu layihənin su çatışmazlığından əziyyət çəkən yerli əhalinin stabil su ilə təmin edəcəyini bildirib. O, “Pirşağı çirkab su təmizləyici qurğusu”nun tikintisinə dair Azərbaycanla Koreya arasında kredit sazişi imzalandığını qeyd edərək bu layihənin səmərəliliyinin artıracağına və layihənin Koreyanın Rəsmi İnkişaf Yardımı üzrə aparıcı layihə olacağına ümid etdiyini deyib.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev su təchizatı və kanalizasiya sisteminin inşasının əhalinin sosial-iqtisadi həyatında böyük rol oynayacağını deyib, KOICA və layihəni icra edən icraçı şirkətlərə layihənin uğurla tamamlanmasına görə öz minnətdarlığını bildirib.
Açılış mərasimindən sonra Hövsanda yerləşən Azərsu Təlim Tədris mərkəzinə baş çəkilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47