Gəncə, 16 mart, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və IDEA İctimai Birliyi şəhər nümayəndəliyinin təşkilatçılığı ilə “Çayların çirklənməsinə son” adlı layihənin icrasına başlanılıb. 100-dən artıq gəncin qoşulduğu layihənin icrasının birinci günü Gəncə çayının yatağında təmizlik işləri aparılıb.
IDEA İctimai Birliyinin Gəncə nümayəndəliyinin rəhbəri Könül Zeynalova AZƏRTAC-a deyib ki, layihənin əsas məqsədi ətraf mühiti qorumaq, çayların məcrasını təmizləmək və çay sahillərində yaşayan əhali arasında ekologiyanın qorunması barədə maarifləndirmə işləri aparmaqdır.
