Con Kerri Bəşər Əsədlə danışıqların vacibliyini etiraf edib
Bakı, 16 mart, AZƏRTAC
ABŞ-ın dövlət katibi Con Kerri ölkəsinin Suriyadakı konfliktin sona yetməsi üçün Prezident Bəşər Əsədlə danışıq aparmalı olduğunun vacibliyini bəyan edib.
AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, dövlət katibi martın 15-də CBS telekanalına müsahibəsində ABŞ-ın Bəşər Əsədi ölkəsində vətəndaş müharibəsinin dayandırılması ilə bağlı danışıqlara məcbur etmək üçün əlindən gələni etdiyini bildirib. Onun sözlərinə görə, bütün tərəflər münaqişənin güc yolu ilə həllinin mümkün olmadığını başa düşür. “Lakin Bəşər Əsədi danışıqlara cəlb etmək üçün siyasi həll yolunu axtarmağa hazır olduğumuzu sübut etməli və bununla da onun fikrini dəyişməliyik” – deyə Con Kerri əlavə edib.
Dəməşq hələ ki, ABŞ-ın dövlət katibinin sözlərinə reaksiya verməyib.
Bu günə qədər Vaşinqton Bəşər Əsəd hakimiyyətinin legitim olmadığını dönə-dönə bəyan edir və onu öz postundan getməyə çağırırdı. Con Kerri hətta bir neçə gün bundan əvvəl Suriyada hakimiyyəti dəyişmək üçün Əsəd rejiminə qarşı hərbi təzyiq edilməsinin mümkünlüyündən danışırdı.
Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi artıq dörd ilə yaxındır davam edir. Münaqişə zamanı, müxtəlif hesablamalara görə, 220 minə qədər insan həyatını itirib. Bundan başqa, indiyə qədər Suriya ərazisinin təxminən 1/3 hissəsi terrorçu İŞİD qruplaşmasının nəzarətinə keçib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47