2 uşaq anası olan azərbaycanlı qadın ötən həftə aşpaz kimi çalışdığı iş yerinə getmək üçün evdən çıxıb. Lakin axşam o evə qayıtmayıb.
Təşvişə düşən həyat yoldaşı dərhal polisə məlumat verib. "Axşam oldu evə gəlmədi, telefonu da bağlıdır. Hər yerdə axtarmışıq. Tək öyrənmək istədiyim şey həyatda olub, olmamasıdır. Onun bütün qohumları ilə də əlaqə saxlamışam. heç bir xəbər yoxdur. Pərişan olduq".
Ailə başçısının sözlərinə görə, 23 illik birgə həyatları zamanı heç bir problemləri olmayıb və xoşbəxt yaşayışları olub.

Mənbə
ANS PRESS