Novruz Bayramı günlərində - 20-28 mart 2015-ci il tarixlərində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin müəssisə və stansiyalarında fasiləsiz iş rejimi təşkil ediləcək.

“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, bununla bağlı iş adamlarının zərərinə çatdırılır ki, vaqonların yüklənməsi və boşaldılması prosesində fasilələr olmayacaq.

QSC-nin rəsmisi qeyd edib ki, bayram günlərində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təsərrüfatları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər.

"Sərnişin daşımaları Departamentinin kollektivi sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-20 əlavə vaqonun qoşulmasını təmin edəcək", - deyə Nadir Əzməmmədov bildirib.
Mənbə
ANS PRESS