Milli Şuranın Bakıda planlaşdırdığı mitinq başlayıb.

ANS PRESS-in musavat.com-a istinadən verdiyi məlumata görə, “Məhsul” stadionunda keçirilən mitinq dövlət himni ilə açıq elan edilib. Daha sonra AXCP sədrinin müavini Əbülfəz Qurbanlı, AXCP sədri Əli Kərimli, AXCP sədrinin müavini Gözəl Bayramlı çıxış ediblər.

Qeyd edək ki, "Müsavat" partiyası mitinqdə iştirak etmir. Müsavat başqanının müavini Elman Fəttah APA-ya açıqlamasında bildirib ki, hər bir müsavatçı Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqə qatılıb-qatılmamaqda sərbəstdir. Müsavat partiya olaraq aksiyada iştirak etməyəcək: "Milli Şura mitinqi özü təyin edib və mitinqdə iştirak etmək üçün heç bir partiyaya müraciət etməyib. Ona görə də, mitinqdə iştirakla bağlı heç kimə tapşırıq vermirik, bunu üzvlərin öz öhdəsinə buraxırıq. Kim istəsə mitinqə qatıla bilər”.
Mənbə
ANS PRESS