MTV telekanalının realiti-şou ulduzu Lateyşa Qreys məşhur ingilis boksçu Əmir Xanın ona və rəfiqələrinə cinsi əlaqə üçün pul təklif etdiyini bildirib.
 
Milli.Az TMZ-yə istinadən bildirir ki, L.Qreysin sözlərinə görə, üç rəfiqəsi ilə birlikdə əyləndikləri gecə klubunda onlara yaxınlaşan Əmir Xan bir gecəlik "istirahət" üçün onların hər birinə 1000 dollar verəcəyini deyib.
 
"Təbii ki, bu təklifi rədd etdik. Amma Əmir Xan daha çox pul verə biləcəyini, pulu nağd ödəyəcəyini söyləyərək inad etdi. Biz ona sərt cavab verib klubu tərk etdik", - L.Qreys deyib.
 
Milli.Az