“Real”ın baş məşqçisi Karlo Ançelotti İtaliya milli komandasını çalışdırmaq istəyir.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, 55 yaşlı italiyalı mütəxəssis ölkəsinin millisində işləmək arzusunda olduğunu dilə gətirib:
 
“Məşqçi həyatı elədir ki, hər zaman işini itrə bilərsən. Ardıcıl uğursuzluq baş məşqçinin postunu tərk etməsinə səbəb ola bilər. Ona görə hər məşqçi buna hazır olmalıdır. Ola bilsin ki, mövsüm başa çatan kimi “Real”dan ayrıldım. Madrid klubundan ayrılandan sonra ölkəmin millisinə başçılıq etmək istərdim. Ən böyük arzum da nə vaxtsa İtaliya yığmasını çalışdırmaqdır”.
 
Milli.Az