Misir hakimiyyəti Qahirə yaxınlığında yeni paytaxtın tikintisi ilə bağlı planlarını açıqlayıb. Layihə təxminən 7 milyon əhaliyə hesablanıb. Burda yeni hökumət binalarının və yaşayış rayonlarının inşası nəzərdə tutulur.
Milli.Az "Azadlıq Radiosu"na istinadən bildirir ki, bu plan barədə Misirin evlər naziri Mostafa Madbouly martın 13-də dünyanın yüzlərlə lideri və işadamının qatıldığı 3-günlük iqtisadi inkişaf konfransının açılışında bildirib. Madbouly deyib ki, məqsəd yaxın 40 ildə Qahirədə əhalinin sıxlığını azaltmaqdır.
Bu illər ərzində 20 milyonluq şəhərin əhalisinin 2 dəfə artacağı gözlənilir. Qahirənin şərqindəki layihənin məqsədi həm də tikinti hesabına xroniki işsizliyi azaltmaqdır. Hərbçilər artıq yeni şəhərə gedəcək yolların tikintisinə başlayıblar. Madbouly yeni şəhərin necə adlanacağını deməyib.
Milli.Az