Qəbələ, 14 mart, AZƏRTAC
ABŞ-ın “Break of Reality” violonçel-rok qrupu martın 14-də Qəbələ rayonunda maraqlı konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunan konserti rayon sakinləri və xarici turistlər izləyiblər.
Qeyd edək ki, üç violonçel ustası və bir zərbçidən ibarət olan “Break of Reality” qrupu 2003-cü ildə yaradılıb. Qrup yarandığı dövrdən indiyədək istər Amerikada, istərsə də dünyanın müxtəlif ölkələrində yerləşən məşhur incəsənət mərkəzləri, kolleclər, rok klubları və musiqi festivallarında yüzlərlə konsert verib.
Musiqi qrupu martın 18-dək Azərbaycanın müxtəlif şəhər və rayonlarında konsert proqramı ilə çıxış edəcək.