İsmayıllı, 14 mart, AZƏRTAC
Martın 14-də İsmayıllıdakı mədəniyyət sarayında Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası tamaşaya qoyulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivinin ifasında səhnəyə qoyulan tamaşa böyük ustalıqla nümayiş olunub. Baş rolları xalq artistləri Nəzakət Məmmədova (Leyli) və Mənsum İbrahimov (Məcnun) ifa ediblər.
Tamaşa teatrsevərlər tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, tamaşanı “İrəli” İctimai Birliyinin İsmayıllıda həyata keçirdiyi “Gənc əkinçi” layihəsinin iştirakçıları da izləyiblər.