Gəncə, 14 mart, AZƏRTAC
Gəncədə şəhərindəki uşaq evində Novruz şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Gəncənin Kəpəz Rayon Bələdiyyəsinin təşkil etdiyi Novruz şənliyində Keçəl və Kosa, eləcə də Bahar qız maraqlı çıxışları ilə balacaları əyləndiriblər. Sonra uşaq evinin sakinləri şeirlər söyləyib, mahnılar oxuyub, rəqs ediblər.
Şənlik süfrə arxasında davam etdirilib.