Paytaxtda ticarət mərkəzində yanğın baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, Binə ticarət mərkəzində vətəndaşa məxsus ümumi sahisə 40 kv.m olan mağazanın yanar konstruksiyaları yanıb. Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 13:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.