Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti bahalaşıb. Lent.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda deyilir. Belə ki, istehlak mallarının qiymətləri və xidmət tarifləri fevral ayında yanvar ayı ilə müqayisədə 4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 6,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,1 faiz, xidmət tarifləri isə 1,2 faiz bahalaşıb.
Bu, 2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-fevral aylarında istehlak mallarının qiymətləri və xidmət tariflərinin 2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətlərinin 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətlərinin 1,7 faiz, xidmət tariflərinin isə 1,4 faiz bahalaşması deməkdir.