Azərbaycanda fəaliyyət göstərən şirkətlər e-ticarəti genişləndirir
Hazırda yerli elektron ticarət bazarında bir neçə populyar veb platformalar fəaliyyət göstərməkdədir. Ölkə əhalisi tərəfindən e-ticarətə marağın artması və alış-veriş əməliyyatlarının internet üzərində aparılmasının kütləviləşməsi Azərbaycanda fəaliyyət göstərən biznes subyektlərinin və şirkətlərin də e-ticarət istiqamətində addımlar atmasına səbəb olub. Bu yaxınlarda e-ticarət platformalarından biri olan “Besmart.az” elektron satışların inkişafı istiqamətində növbəti addım ataraq, internet vasitəsilə pərakəndə satış sahəsində geniş təcrübəsi olan dünya brendi “Procter & Gamble” ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Artıq mağazaya getmədən bu şirkətin məhsullarını sərfəli şərtlərlə almaq istəyən alıcılar tez-tez istifadə olunan məhsulları (Pampers, Fairy, Ariel, Gillette, Pantene və s) http://besmart.az/webshop/category/pg/ saytından ala bilərlər.
İnternet vasitəsilə pərakəndə satış Azərbaycanda yeni-yeni genişlənməkdədir. Dünyada mövcud olan tendensiya isə sübut edir ki, bu sahə ən azı yaxın 5 ildə daha sürətli şəkildə inkişaf edəcək. “Euromonitor International” şirkətinin araşdırmasına əsasən, makroiqtisadi dəyişikliklərə baxmayaraq dünya üzrə pərakəndə elektron satışlar son illər ərzində stabil artım nümayiş etdirib.
Elektron satış sahəsində alıcıların vərdişlərinin dəyişdirilməsi və maddi-texniki təminat ilə bağlı maraqların artırılması müşahidə edilməkdədir. “Procter & Gamble” şirkətinin internet vasitəsilə pərakəndə satış sahəsinə göstərdiyi dəstək ölkədə iqtisadiyyatın bu sahəsinin effektiv inkişafına müsbət təkan verəcək.
SEYMUR
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47