Bakı, 14 mart, AZƏRTAC
FİFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası 8 pillə geriləyərək 198 xalla 139-cu pillədə qərarlaşıb.
Reytinq cədvəlinə yeni Almaniya millisi 1770 xalla liderlik edir. Argentina yığması (1577 xal) ikinci, Kolumbiya komandası (1499) isə üçüncü pillədə qərarlaşıblar.