Azərbaycan, Bakı, 14 mart /Trend/

Xilasedicilər Kazanda yanmış ticarət mərkəzinin uçqunlarının altında 16-cı cəsədi aşkar ediblər. Trend-in məlumatına görə bu barədə RİA Novosti agentliyi məlumat verir.

Daha öncə 15 cəsəd tapıldığı haqda məlumat yayılmışdır. 50 nəfərdəndən çox insan yanıq və zədələr alıblar. Uçqunların altında 20-dən çox insan qaldığı ehtimal edilir.

Yanğın ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən kafedə qısaqapanma nəticəsində baş verib.

Binada olan 650 nəfər xilas edilib.

Faktla bağlı cinayət işi qaldırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az