[ 14 Mart 2015 00:44 ]
Bakı-APA. Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Misir iqtisadiyyatının sabitləşməsi məqsədilə rəsmi Qahirəyə maliyyə yardımı və yatırım qismində 12,5 milyard dollar ayıracaqlar.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, müvafiq qərar Şarm Əl-Şeyxdə keçirilən investisiya konfransında verilib.
“Məmnunluqla bəyan edirəm ki, Küveyt Misir iqtisadiyyatının müxtəlif sektorlarına 4 milyard dollar məbləğində yatırım edəcək”, deyə Küveyt emiri Sabah Əl-Əhməd Əl-Cabir Əs-Sabah bildirib. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də təxminən eyni məbləği Misirə ayıracaqlar.
Konfransda ABŞ Dövlət katibi Con Kerrinin də iştirak etdiyi bildirilir.