Ukraynalıların əksəriyyəti müharibənin dayandırılmasına görə hakimiyyətin getdiyi güzəştləri dəstəkləyir.

ANS PRESS-in məlumatına görə, aparılan sorğunun nəticələrinə görə belə qənaətə gəlmək olar.

16 yaşdan yuxarı hər üç ukraynalıdan biri əmindir ki, Donetsk ərazisində qan tökülməsinin dayandırılmasına görə Ukrayna hakimiyyəti istənilən güzəştlərə getməlidir.

Demək olar ki, üçdə bir hesab edir ki, danışıqlar mümkündür, əgər bu məqsədəuyğundursa güzəştlərə getmək olar.

Sorğunu 2015-ci ilin fevralında GfK Ukraine həyata keçirib. 16 yaşdan yuxarı respondentlərin üçdə biri (32%) hakimiyyətin qan tökülməni sonlandırmaq üçün bütün lazımlı güzəştlərə getmək lazım olduğunu bildirib.
Mənbə
ANS PRESS