Bakı, 13 mart, AZƏRTAC
Martın 13-də futbol üzrə Azərbaycan kuboku uğrunda yarışların dörddəbir final mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Neftçi”, “Qarabağ”, “Simurq” və “İnter” komandaları yarımfinala vəsiqə qazanıb.
Yarımfinalda “Neftçi” klubu “İnter” ilə, “Qarabağ” komandası isə “Simurq”a qarşı mübarizə aparacaq.
Yarımfinal mərhələsinin ilk oyunları aprelin 13-də, cavab qarşılaşmaları isə aprelin 21-də keçiriləcək.