Braziliyanın Pernambuko ştatı Azərbaycan ilə əməkdaşlıq qurmaqda maraqlıdır
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov bu ölkənin Pernambuko ştatına işgüzar səfər edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində E.Sultanov Pernambuko ştatının qubernatoru Paulo Kamara ilə görüşüb.
Görüşdə səfir Azərbaycan–Braziliya əlaqələrinin uğurla inkişaf etdiyini bildirərək, Azərbaycan ilə Pernambuko ştatı arasında əməkdaşlıq imkanlarının öyrənilməsinin, qarşılıqlı səfərlərin təşkilinin vacibliyini vurğulayıb. O, Azərbaycanın müasir inkişafı, mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfə, həmçinin ölkəmizin ev sahibliyi edəcəyi beynəlxalq əhəmiyyətli tədbirlər, xüsusilə birinci Avropa Oyunları barədə söhbət açıb.
P.Kamara Pernambuko ştatının Azərbaycan ilə əlaqələrin qurulmasında maraqlı olduğunu söyləyərək, ştatın inkişafı və həyata keçirilən müxtəlif layihələr haqqında danışıb.
Səfər çərçivəsində E.Sultanov Pernambuko ştatının digər rəsmi şəxsləri ilə də görüşüb və müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47