Gəncədə “Ordu ilə xalq birdir” şüarı altında bədii-təşviqat marafonunun açılışı olub
Gəncə, 13 mart, AZƏRTAC
Martın 13-də Müdafiə Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncədə faşizm üzərində qələbənin 70 illiyinə həsr edilmiş “Ordu ilə xalq birdir” şüarı altında bədii-təşviqat marafonunun açılışı olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar Gəncənin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Sonra Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önündə ədəbi-bədii kompozisiya nümayiş olunub, müharibə veteranları ilə xatirə şəkli çəkdirilib.
Bədii-təşviqat marafonunun açılışı Heydər Əliyev park-kompleksindəki möhtəşəm Zəfər tağının qarşısında davam etdirilib. Dövlət himni səsləndirildikdən sonra Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən mahnı və rəqs ansamblı üzvlərinin çıxışları olub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “Ordu ilə xalq birdir” şüarı ilə keçirilən bədii-təşviqat marafonunun Gəncədən başlamasını şəhər sakinləri üçün əlamətdar hadisə adlandırıb. Diqqətə çatdırıb ki, Gəncə tarixən qəhrəmanlar yurdu olub. Bu qədim şəhər bəşəriyyətə Nizami Gəncəvi kimi dahilər, Cavad xan kimi xalq qəhrəmanları bəxş edib.
Sonra müstəqil Azərbaycanın ordu quruculuğunda qazanılan uğurlardan danışan E.Vəliyev deyib ki, indi Azərbaycan Ordusu regionun ən güclü orduları ilə müqayisə olunur.
Bədii-təşviqat marafonunda Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov, keçmiş müdafiə naziri, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev çıxış ediblər. Çıxışlarda Dağlıq Qarabağ torpaqlarının tezliklə düşməndən azad ediləcəyinə və belə bir möhtəşəm qələbə tədbirinin orada keçiriləcəyinə, üçrəngli Azərbaycan bayrağının Xankəndidə ucaldılacağına əminlik ifadə olunub.
Tədbirdə Gəncə Dövlət Dram Teatrının aktyorları Nizami Gəncəvi, Cavad xan, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa, eləcə də Çar Rusiyasının artilleriya allahı adlandırdığı Əliağa Şıxlinskinin obrazlarını canlandırıblar.
Bədii hissədən sonra Azərbaycanın döyüş bayrağı və Bakıdakı Şəhidlər xiyabanında alovlandırılan məşəl meydana gətirilib.
Tədbir əsgərlərin nümunəvi çıxışları ilə başa çatıb.
Elə həmin gün Xan Bağında uyuyan Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarı da ziyarət olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47