Bakı metrosunda dəyişiklik (VİDEO)
ANS TV-nin məlumatına görə, ölkə ərazisində aidiyyatı qurumlar bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək. Daim sərnişin sıxlığı yaşanan Bakı metropoliteni bayram günlərində xüsusi cədvəl üzrə işləyəcək. Belə ki sərnişinləri rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırmaq üçün növbətçilik sistemi yaradılıb. İş günləri ilə müqayisədə bayram günlərində metrodan istifadə edən sərnişinlərin sayının azlığı ilə əlaqədar qatarlar arasında interval uzadıla bilər.
Bakı Metropoliteni QSC nin mətbuat ximətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, bayram günlərində qatarların sayında da dəyişiklik gözlənilir. Beləki, paytaxt sakinlərinin çoxunun rayonlara gedəcəyini nəzərə alaraq bir reysə 30 qatar çıxarılırdısa bu say 24-ə endiriləcək.
Bayram günlərində bölgələrə sərnişin axını ilə əlaqədar ehtiyat avtobuslar xəttə çıxarılacaq.
Nəqliyyat Nazirliyi də Novruz bayramına xüsusi hazırlaşıb. Artıq Bakı Beynəlxalq Avtovağzalında bölgələrə yollanan avtobusların sayı bəllidi. Eyni zamanda müxtəlif istiqamətlərə online bilet satışına başlanılıb. Paralel olaraq Dəmiryol Vağzalında da online bilet satışı həyata keçirilir. İstər avtovağzalda istərsə də dəmiryolunda bilet çatışmazlığı ilə üz-üzə qalmaq istməyənlər müvafiq kassalara müraciət edərək, ya da internet üzərindən online bilet əldə edə bilərlər. Bayram günlərində bölgələrə sərnişin axını yaşanacağından qurum ehtiyat avtobusları xəttə çıxaracaq.
NN-in mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirdi ki, insanların rayonlara səfərini asanlaşdırmaq üçün ehtiyatda olan avtobuslar da xəttə buraxılacaq. Bundan əlavə dəmiryol xəttilə hərəkət edən qatarlara da əlavə vaqonlar qoşulacaq.
O ki qaldı şəhərdaxili avtobusların iş qrafikinə. Qurumdan bildirilir ki, marşurut avtobusları bayram günlərində adi günlərdə olduğu kimi işləyəcək. Yəni səhər saat 6:00-dan axşam 01:00-a kimi.
Mənbə
ANS-TV-Vəfa Təyyarqızı
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47