Əziz Şərifin 120 illik yubileyi münasibətilə elmi konfrans keçirilib
Naxçıvan, 13 mart, AZƏRTAC
XX əsr Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Əziz Şərifin böyük xidmətləri var. Əziz Şərif ölkəmizdə və onun hüdudlarından kənarda görkəmli ədəbiyyatşünas, tərcüməçi və publisist kimi şöhrət qazanıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Naxçıvan Bölməsində ədəbiyyatşünas-alim Əziz Şərifin 120 illik yubileyi münasibətilə keçirilən konfransda səsləndirilib.
Elmi konfransı giriş bölmə sədri, akademik İsmayıl Hacıyev açaraq Əziz Şərifin həyat və yaradıcılığı haqqında məlumat verib. Qeyd edilib ki, ədəbiyyatşünas-alimin adı son yüz ilin tanınmış Azərbaycan ziyalıları arasında xüsusi iftixarla çəkilir.
İsmayıl Hacıyev deyib ki, ədəbiyyatımızın və elmimizin dünyada təbliği və tanıdılmasında alimin müstəsna xidmətləri yüksək qiymətə layiqdir. Azərbaycanın əsas elm və mədəniyyət mərkəzlərindən olan Naxçıvan şəhərində dünyaya gələn Əziz Şərif burada məşhur maarifçi Məhəmməd Tağı Sidqinin rəhbərlik etdiyi “Tərbiyə” məktəbində təhsil alıb. “Gənc Əziz Şərifin 1905-ci ildə Tiflisə gedərək atası Qurbanəli Şərifzadənin yaxın dostu və məsləkdaşı Cəlil Məmmədquluzadənin ailəsi ilə yaşaması onun gələcək taleyi üçün mühüm əhəmiyyət kəsb edib”, – deyən akademik bildirib ki, məhz həmin illər Əziz Şərifin elmi fəaliyyətində mühüm rol oynayıb.
Elmi konfransda bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov “Azərbaycan memuar janrının ustadı” adlı məruzəsində Əziz Şərifin gündəliklərinin və xatirələrinin Naxçıvan Muxtar Respublikasının o dövrdəki ictimai-siyasi və mədəni mühitinin mənzərəsini öyrənmək baxımından əhəmiyyətli mənbə olduğunu qeyd edib.
Filologiya üzrə elmlər doktoru, Əməkdar Elm Xadimi Hüseyn Həşimli “Əziz Şərifin yaradıcılığında tərcümə məsələləri”, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Rafiq Babayev “Mirzə Cəlilin sadiq müridi”, həmin institutun ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi Aygün Orucova “Mollanəsrəddinçilikdən mollanəsrəddinşünaslığa” adlı məruzələrlə çıxışlar ediblər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47