Bakı, 13 mart, AZƏRTAC 
Bu ilin yanvar-fevral aylarında ölkənin ümumi daxili məhsulu (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq 7,1 milyard manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ÜDM-in 66,6 faizi iqtisadiyyatın qeyri-neft-qaz sahələrində istehsal olunmuş və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artıb.
Bu dövrdə ÜDM-in 36,3 faizi sənayedə, 12 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 10,4 faizi tikintidə, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 2,4 faizi informasiya və rabitə xidmətlərində, 14,9 faizi isə sosial və digər xidmətlər sahəsində istehsal olunub.
Məhsula və idxala xalis vergilər ÜDM-in 10,4 faizini təşkil edib.