Ukrayna atəşkəs istəyir (VİDEO)
Ukraynada sülhə nail olmaq üçün hökumətlə üsyançılar arasında danışıqların yeganə yolu Minsk razılaşması ola bilər.
NATO-nun baş katibi Yens Stoltenberq təmas xəttində atəş səsləri gəlsə də, tərəflər Minsk razılaşması əsasında danışıqlar masası arxasına otura biləcəklərini deyir.
Almaniyanın xarici işlər naziri Valter Frank-Ştaynmayer isə Minsk razılaşmasını Ukraynada sülhün zəmanəti hesab etməsə də, başqa alternativin olmadığı ilə də razılaşıb. Bununla belə Ukrayna prezidenti ordunun özünümüdafiə məqsədi ilə atışmalara cavab verməsini qanuni hesab edib.
Ukrayna prezidenti Pyotr Poroşenko isə vurğulayıb ki, Ukrayna öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir.
“Biz atəşi dayandırmışıq. Lakin atəşkəs o demək deyil ki, biz açılan atəşə cavab verməməliyik. Hökumət ordunun özünümüdafiə hüququnu təmin edir və əsgərlərin müdafiə üçün hər bir təchizatı var”, - deyə Poroşenko bildirib.
Poroşenko eyni zamanda, Amerika hökumətinin Ukraynanın ziyansız silahlarla təmin olunması üçün qərar qəbul etdiyini də açıqlayıb.
ABŞ höküməti isə Ukraynaya əlavə hərbi yardım göndərmək qərarının ardınca Beynəlxalq Valyuta Fondunun direktorlar şurası 17.5 milyard dolların ayrılmasını planlaşdırıb. Ukraynanın baş naziri Arseniy Yatsenyuk isə söyləyib ki, 4 illik borc proqramına görə, Ölkədə bir sıra islahatlar aparılacaq. İsveç isə Ukraynaya 100 milyon dollar dəyərində faizsiz kredit ayırmağa qərar verib.
Mənbə
ANS TV
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47