Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının siyasi işlər və demokratiya komitəsinin məruzəçisi Robert Uolteri qəbul edib.

ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın inkişafı barədə danışılıb.

Eləcə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi və münaqişənin nizama salınması perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə
ANS PRESS