Qədim Bakı xatirələri
Bakı, 13 mart, AZƏRTAC
Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində “İçərişəhər” Dövlət Tarixt-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Tarixi Muzeyi ilə birgə “Qədim Bakı xatirələri” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, yeniyetmə və gənclər arasında mədəni irsimizin təbliği, Bakı şəhərinin və onun qədim tarixi abidələrinin yaxından öyrənilməsi məqsədilə təşkil olunan tədbirdə Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova iştirakçılara rəhbərlik etdiyi təhsil ocağının tarixi, məzunları barədə ətraflı məlumat verib.
Sonra Təhsil Kompleksində fəaliyyət göstərən muzey ekspozisiyasının zənginləşdirilməsi məqsədilə “İçərişəhər” Tarix Muzeyinin fondunda olan fotolardan ibarət “Qədim Bakı” adlı güşənin və 150 illik tarixə malik olan Təhsil Kompleksinin əsaslı təmiri zamanı binanın özülündən aşkar olunmuş və mütəxəssis arxioloqlar tərəfindən rəy verilmiş artefaktlardan ibarət yeni ekspozisiyanın açılışı olub.
“İçərişəhər” Tarixi Muzeyinin direktoru Ceyhun Ağakişibəyli,
İçərişəhər” Dövlət Tarixt-Memarlıq Qoruğu İdarəsi rəisinin elmi işlər üzrə köməkçisi, tarix elmləri doktoru Vəfa Quliyeva, Səbail Rayon İcra Hakimiyyətinin sektor müdiri İsrafil Kərimov çıxış edərək şagirdlərin qədim tariximizi daha dərindən öyrənmələrinin vacibliyini vurğulayıblar.
Kompleksin akt zalında keçirilən ədəbi hissədə Bakı tipajlarından ibarət etno – mədəni canlı səhnəciyin və “Bakı tipajları” adlı sərginin nümayişi təşkil olunub.
Tədbirdə “Qədim Bakı xatirələri” mövzusunda məruzə dinlənilib, muzeyin fondunda saxlanılan foto şəkillər əsasında hazırlanan “Qədim şəhərə səyahət” adlı film nümayiş etdirilib. Eyni zamanda, içərişəhərdə çəkilmiş bədii və sənədli filmlərdən ibarət video-oyunlar, tapmacalardan ibarət viktorinalar keçirilib, musiqi nömrələri səsələndirilib.
Viktorinada və sual-cavabda fəallıq göstərən şagirdlərə hədiyyələr və içəri şəhər muzeylərinə pulsuz baxış üçün “Şanslı bilet”lər təqdim olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47