“USB” kompüterlər üçün təhlükə doğurur
Məlum olub ki, “USB” təhlükə doğurur və istənilən mikrokontrollerə müdaxiləyə imkan verir. Bu halda müdaxilə üçün xüsusi səy göstərməyə ehtiyac yoxdur.
"ICTnews" elektron xəbər xidməti “telegraf.com.ua” saytına istinadən bildirir ki, yeni müdaxilə üsulu haqda İT mütəxəssisləri Adam Kadilli və Brendon Uilson ətraflı məlumat veriblər. Onlar “Derby Con” konfransında çıxış ediblər. Məlum olub ki, istənilən “USB” periferiyası virusa yoluxa bilər. Bu, fləş daşıyıcı, klaviatura, veb-kamera və s. ola bilər.
Yeni müdaxilə üsulu “Bad USB” adlandırılıb: kibercinayətkara “qurban”ın kompüterinə giriş imkanı verə bilər. Virusa yoluxmuş kod klaviatura üzərində nəzarəti ələ keçirməyə, faylları köçürməyə, həmçinin “DNS” sazlamalarını dəyişdirməyə imkan verəcək.
Hazırda bu təhlükəyə qarşı müdafiə yoxdur. Skaner təhlükəni aşkar edə bilmir, çünki “USB” periferiyasında mikroproqrama girişə malik deyil. Fləş daşıyıcının yenidən format edilməsi də kömək etmir.
Ötən ilin iyulunda kompüter təhlükəsizliyi sahəsində ekspertlər Karsten Nol və Ceykob Lell problem haqda məlumat vermişdilər, amma yeni müdaxilə üsulunun təfərrüatını açıqlamamışdılar. Mütəxəssislər hakerlərin diqqətini cəlb etməmək üçün kodu dərc etməmişdilər. Onlar hesab edirdilər ki, mikrokontroller istehsalçıları bu problemi diqqətə alaraq “USB” ilə bağlı riski aradan qaldıracaqlar.
“Derby Con” konfransında çıxış etmiş Adam Kadilli və Brendon Uilson bildiriblər ki, onlar kodu dərc ediblər və indi kod “Git Hub” veb-xidmətində əlçatandır. Onların fikrincə, yalnız bu yolla istehsalçıları potensial təhlükəyə diqqət yönəltməyə məcbur etmək belə olar.
Emil Hüseynov
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47