[ 13 Mart 2015 09:26 ]


Bakı. Məlahət Nəcəfova - APA. “Minskdә Dağlıq Qarabağ münaqişәsinin tәnzimlәnmәsi istiqamәtindә görüş çox faydalı oldu”.

APA-nın mәlumatına görә, bunu ATӘT-in Minsk qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik özünün "Twitter" sәhifәsindә yazıb.

 

Diplomat Minsk qrupunun bütün üzvlәri ilә işlәmәyi sәbirsizliklә gözlәdiklərini də qeyd eüdib.

 

Xatırladaq ki, ötәn gün Belarusda ATӘT-in Minsk qrupunun hәmsәdrlәri Dağlıq Qarbağ münaqişәsinin sülh yolu ilә tәnzimlәnmәsi istiqamәtindә müzakirәlәr aparıblar.