Cəlilabad, 12 mart, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə ötən il noyabrın 5-də başlanan "Birinci ümumrespublika yaşıllaşdırma marafonu” Cəlilabadda da uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, martın 12-də Cəlilabad şəhərində kütləvi ağacəkmə aksiyası keçirilib. Rayonun rəhbər işçilərinin, idarə, müəssisə və təşkilatların, əmək kollektivlərinin və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi aksiya zamanı şəhərin park və bağlarında, xiyabanlarda, magistral avtomobil yollarının kənarında gün ərzində 800-dən çox müxtəlif növ ağaclar əkilib.

