"Real"ın xorvatiyalı futbolçusu Luka Modriç 4 aydan sonra yaşıl meydanlara qayıdaraq Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilən "Real" - "Şalke" (3:4) matçının 58-ci dəqiqəsində meydana daxil olub.

ANS PRESS-in məlumatına görə, klubun rəsmi saytı 29 yaşlı futbolçunun zədə aldığı vaxtdan son matçda meydanda olması dönəminə qədər keçdiyi yollar barədə qısametrajlı film hazırlayıb.

Qeyd edək ki, Modriç Avro-2016-nın seçmə mərhələsi çərçivəsində 2014-cü ilin noyabrında keçirilən İtaliya - Xorvatiya (1:1) matçında zədələnmışdi.

Mənbə
ANS PRESS