Türk pop musiqisinin ən məşhur simalarından olan Erol Büyükburç 79 yaşında vəfat edib.
 
Milli.Az publika.az-a istinadən bildirir ki, müğənni evində ölü tapılıb. Hadisə yerinin müayənəsi zamanı polis hər hansı bir şübhəli detalla rastlaşmayıb. Amma onun ürəyində 3 stent olduğu məlum olub. Bu səbəbdən onun ürəyinin qəfil dayandığı ehtimal olunur.
10 gün sonra – martın 22-də Erol ad gününü qeyd edəcəkdi.
 
Milli.Az