Yaponiyanın keçmiş baş naziri Yukio Hatoyama Krımın baş prokuroru Natalya Poklonskaya heyran olub.
 
Milli.Az modern.az-a istinadən bildirir ki, Krımda səfərdə olan keçmiş baş nazir Natalya Poklonskayanın gözəlliyinə heyran olduğunu bildirib.
 
“Mən Poklonskayanın gözəlliyinə heyranam. Ancaq təəssüflər olsun ki, səfər proqramımda onunla görüş nəzərdə tutulmayıb”,-deyə o söyləyib.
Qeyd edək ki, Yukio Hatoyama bu həftənin çərşənbə axşamında Krımda səfərdə olub. O, Yalta konfransının keçirildiyi Livadiya sarayını ziyarət edib.
 
Milli.Az