Bu gün Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına start veriləcək. ANS PRESS-in məlumatına görə, 16 komanda 1/4 final mərhələsinə vəsiqə uğrunda mübarizəyə başlayacaq.

Türkiyənin "Beşiktaş" klubu "Brügge"nin qonağı olacaq. "Zenit" "Torino"nu qəbul edəcək. Moskva "Dinamo"su səfərdə "Napoli", Kiyev "Dinamo"su səfərdə "Everton"la qarşılaşacaq.

Qrup mərhələsində "Qarabağ"a rəqib olmuş "Dnepr" isə "Ayaks"ı qəbul edəcək, Kiyev "Dinamo"su "Volfsburq"un qonağı olacaq.

İtaliya və İspaniya eyni ölkələrin komandaları qarşılaşacaq. Belə ki, "Fiorentina" "Roma"nı, "Vilyarreal" isə "Sevilya"nı sınağa çəkəcək.

Avropa Liqası
1/8 final
İlk oyunlar

12 mart
21.00 Zenit (Rusiya) - Torino (İtaliya)
22.00 Brügge (Belçika) - Beşiktaş (Türkiyə)
22.00 Dnepr (Ukrayna) - Ayaks (Hollandiya)
22.00 Volfsburq (Almaniya) - İnter (İtaliya)
00.05 Everton (İngiltərə) - Dinamo (Kiyev, Ukrayna)
00.05 Fiorentina (İtaliya) - Roma (İtaliya)
00.05 Napoli (İtaliya) - Dinamo (Moskva, Rusiya)
00.05 Vilyarreal (İspaniya) - Sevilya (İspaniya)
Mənbə
ANS PRESS