Gənclərin sağlam həyat tərzi ilə bağlı layihə Tovuzda icra edilib
Bakı, 12 mart, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) “Azərbaycan Gəncliyi 2011-2015- ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq reallaşdırdığı “Sağlam həyat tərzi-gənclərin iştirakı ilə ictimai müzakirələr” adlı layihə çərçivəsində növbəti tədbir martın 12-də Tovuzda keçirilib.
TUMİB-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Tovuz Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov çıxış edərək son illər ölkə gənclərinin şəxsi rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. O, deyib ki, Tovuz gənclərinin fərdi bacarıqlarının üzə çıxması üçün müxtəlif tədbirlər keçirilir. Ölkədə fəaliyyət göstərən gənclər təşkilatları ilə sıx əməkdaşlıq etdiklərini deyən idarə rəisi bu fəaliyyətin gələcəkdə də davamlı olacağını vurğulayıb.
TUMİB-in sədi Çingiz Bayramov Azərbaycanda dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirib. Qeyd edib ki, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizdə gənclərə və idmana göstərilən qayğının təzahürüdür. Ç.Bayramov bildirib ki, layihənin əsas məqsədi regionlarda yaşayan gənclər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq haqqında maarifləndirmə işlərinin aparılmasıdır.
TUMİB-in idarə heyətinin üzvü, tanınmış jurnalist Seymur Verdizadə regionlarda bu cür tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini deyib.
Tədbirdə Prezident İlham Əliyevin Azərbaycan gənclərinin rifah halının və intellektual səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü işlərdən danışılıb, bu sahədə zəngin qanunvericilik bazasının yaradıldığı qeyd olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47