Fövqəladə hallarda özünü necə aparmalı
Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Xəzər rayonundakı 185 nömrəli orta məktəbdə “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nəzəri və praktik hissədən ibarət olan tədbirdə Bakı Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə, Dövlət Sularda Xilasetmə və Tibb xidmətlərinin, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.
Təbii və texnogen fövqəladə hallar, eləcə də həmin hallar zamanı hərəkət qaydaları ilə bağlı məruzələrdən ibarət olan nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları fövqəladə halların təsnifatı, kollektiv mühafizə qurğuları, təbii, radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar, yanğın və nəqliyyat qəzaları, terror xarakterli fövqəladə hallar zamanı davranış qaydaları, su hövzələrində təhlükəsizliyin təmin edilməsi mövzularında çıxışlar ediblər.
Çıxışlardan sonra FHN-nin fəaliyyət istiqamətləri və strukturu, eləcə də Novruz bayramı ilə bağlı yanğın təhlükəsizliyi və dəm qazı barədə videoçarxlar nümayiş etdirilib.
Praktik hissədə şərti yanğın hadisəsi ilə bağlı verilən xəbərdarlıq siqnalından sonra başlayan təxliyə üzrə məşq zamanı şagirdlər müəllimlərinin rəhbərliyi altında mütəşəkkil qaydada məktəb binasını tərk edərək təhlükəsiz ərazidə toplaşıblar. Təxliyə başa çatdıqdan sonra Bakı Regional Mərkəzin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qalan şagirdlərin axtarışı və yaralıların xilasedilməsi üzrə əməliyyat keçiriblər. İki nəfər xilas edilərək Tibb Xidmətinin və Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının tibbi yardım briqadasına təhvil verilib.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin qurumlarının xilasetmə texnikası və avadanlığı nümayiş olunub, “Sprinter” (“Mercedes BENZ”) markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıq, xilasetmə və üzmə vasitələri, fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, onların təyinatı və iş prinsipləri, xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnikalar, xüsusi kinologiya avtomobili nümayiş etdirilib. Həmçinin yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və ondan istifadə qaydaları, eləcə də maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları barədə tədbir iştirakçılarına məlumat verilib.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47