“Ürəklə al, çox oxu” kampaniyası çərçivəsində “Twitter” müsabiqəsi elan edilib
Bakı, 12 mart, AZƏRTAC
“Nar Mobile” cəmiyyətimizdə kitaba olan marağı artırmaq, kitabsevərləri dəstəkləmək üçün “Ali & Nino” kitab mağazaları şəbəkəsi ilə birlikdə “Ürəklə al, çox oxu” kampaniyası keçirir.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, kampaniya çərçivəsində “Ali & Nino” şəbəkəsinə daxil olan mağazalardan istənilən kitabı 25 faiz, 30 faiz və ya 40 faiz endirimlə əldə etmək mümkündür. Bunun üçün “S”, “M” və ya “L” Nar Turbo internet paketlərindən birini əldə etmək kifayətdir. “Nar Mobile”, eyni zamanda “Twitter” sosial şəbəkəsində də müsabiqə keçirmək qərarına gəlib.
İndi azərbaycanlı “Twitter” istifadəçiləri oxumaq istədikləri və ya “Nar Mobile”ın “Ürəklə al, çox oxu” kampaniyası çərçivəsində aldıqları kitablar haqqında tvitlər yazaraq müsabiqədə iştirak edə bilərlər. Tvit yazarkən, #NarlaOxu haşteqindan istifadə edilməlidir, eyni zamanda, kitab haqqında tvitlə bərabər kitabın fotosunu da yükləmək olar. Müsabiqədə bütün mobil operatorların istifadəçiləri iştirak edə bilərlər.
Qaliblər tvitləri ən çox retvit toplamış istifadəçilər arasından seçiləcək. Müsabiqənin qalibinə “Amazon Kindle Voyage”, 2-ci yeri tutan iştirakçıya “Amazon Kindle Fire HD 7”, üçüncü yerin sahibinə isə “Amazon Paperwhite” təqdim olunacaq. 4-cü və 5-ci yerləri tutan şəxslərin hər birinə “Ali & Nino” dükanlar şəbəkəsində keçərli olan 100 AZN dəyərində hədiyyə kuponu veriləcək.
Müsabiqə martın 11-dən aprelin 1-dək davam edəcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47