Lənkəran, 12 mart, AZƏRTAC
“Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin cənub bölgəsində reallaşdırdığı “Təmiz ekologiya-sağlam həyat” layihəsi çərçivəsində martın 12-də Lənkəran Dövlət Humanitar Kollecində təlim məşğələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, təlim məşğələsində çıxış edən İctimai Birliyin sədri, layihənin rəhbəri Yəhya Babanlı layihənin məqsəd və vəzifələrindən, Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. Bildirilib ki, tədbirin keçirilməsində məqsəd gənclərin ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübələrini artırmaq, onların ekoloji maarifləndirilməsinə və onlarda ekoloji mədəniyyətin formalaşdırılmasına töhfə verməkdir.
Məşğələdə ölkəmizdə ekoloji maarifləndirmə sahəsində görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Layihə çərçivəsində növbəti təlim məşğələsi martın 13-də Astarada keçiriləcək.