Muxtar respublikada narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə daim diqqət mərkəzindədir
Naxçıvan, 12 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəqlinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlarla bağlı birgə iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbiri açan Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov dövriyyəsinə icazə verilməyən narkotik və psixotrop dərman preparatlarının muxtar respublika ərazisində satış və dövriyyəsinin qadağan edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ilə 2010-cu ildə keçirilən birgə kollegiya iclasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, həmin iclasda narkotik və psixotropların siyahısına bəzi əlavələr olunduğunu xatırladıb.
Qeyd olunub ki, bu problemin aktuallığı nəzərə alınaraq son vaxtlar bir sıra əczaxanalarda yoxlamalar aparılıb. Aşkar olunan mənfi hallara qarşı muxtar respublikanın Daxili İşlər Nazirliyi və gömrük orqanları ilə həyata keçirilən tədbirlər öz bəhrəsini verir.
Sonra Daxili İşlər Nazirliyinin Narkotiklərlə mübarizə şöbəsinin rəisi Qasım Əsgərov, Dövlət Gömrük Komitəsinin qaçaqmalçılıq şöbəsinin rəisi Əli Əliyev, Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin baş həkimi Rəşadət Nabatov, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əczaçılıq və özəl tibb müəssisələri sektorunun müdiri Hacı Əliyev çıxış ediblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Dövlət Televiziyası ilə əczaxanalarda birgə reyd materialı nümayiş olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov və Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, polis general-leytenantı Əhməd Əhmədov çıxış edərək, narkotik və psixotrop dərman preparatlarının muxtar respublika ərazisinə gətirilməsi, satışı, saxlanılması və dövriyyəsi ilə bağlı həyata keçiriləcək tədbirlər barədə danışıblar.
Qərara alınıb ki, özəl və dövlət tibb müəssisələrinin rəhbərləri başçılıq etdikləri müəssisələrdə stasionar, ambulator müalicə alan xəstələrə yazılan tələbnamələrin, nüsxələrin qanunauyğun şəkildə yazılmasına birbaşa nəzarəti həyata keçirməlidirlər. Bu nəzarət mütəmadi davam etdirilməlidir. Narkoloji xəstələr üçün ambulator və stasionar müalicə yalnız narkoloq həkim tərəfindən aparılmalıdır.
Sonra iclasın yekunu ilə bağlı qərar qəbul olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47