Bu gün Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Fəxri xiyabana gəlib.

ANS PRESS-in AzərTSc-a istinadən verdiyi məlumata görə, o, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Məmnun Hüseyn görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edib, onun məzarı üzərinə gül dəstəsi qoyub.

Daha sonra Məmnun Hüseyn Şəhidlər xiyabanını ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Məmnun Hüseyn Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.

Ali qonaq “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Pakistanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.





Mənbə
ANS PRESS