Partladıcı olan paketi naməlum kişi ofisə keçirib
Çərşənbədən cümə axşamına keçən gecə Ukraynanın Odessa şəhərində partlayış baş verib.

Anspress-in yerli mətbuata istinadən verdiyi məlumata görə, mənşəyi bilinməyən partladıcı qurğu Admiral prospekti, ev 18-də yerləşən, “Samopomoş” partiyasının ofisində baş verib.

Odessanın ictimai kanalı hüquq mühafizə orqanlarının əməkdaşlarına istinadən xəbər verir ki, partladıcı olan paketi naməlum kişi ofisə keçirib. Şübhəli plaşda olub, əlində isə çətir tutub. Onun hərəkətlərini müşahidə kameraları qeydə alıb.

Hadisə gecə vaxtı baş verdiyindən ilkin məlumatlara görə, xəsarət alan olmayıb.

Milli.Az