Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir Elçin Mehdiyev/

Bakıda metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, Ağdam rayonundan olan 1948-ci il təvəllüdlü Vidadi adlı şəxs stansiya qarşısında ürək tutmasından dünyasını dəyişib.

Hazırda hadisə yerinə polis əməkdaşları nəzarət edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az