ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, mənşəyi bilinməyən partladıcı qurğu Admiral prospekti ev 18-də yerləşən, “Samopomoş” partiyasının ofisində baş verib.
Odessanın ictimai kanalı hüquq mühafizə orqanlarının əməkdaşlarına istinadən xəbər verir ki, partladıcı olan paketi naməlum kişi ofisə keçirib. Şübhəli plaşda olub, əlində isə çətir tutub. Onun hərəkətlərini müşahidə kameraları qeydə alıb.
Hadisə gecə vaxtı baş veridiyindən ilkin məlumatlara görə, xəsarət alan olmayıb.

Mənbə
ANS PRESS