Bakı, 12 mart, AZƏRTAC 
Xəzər dənizində 4,7 bal gücündə zəlzələ baş verib.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar martın 12-də yerli vaxtla saat 04:42-də Astara rayonundan 13 kilometr cənub-şərqdə, 48 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.